Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


31.08.2023  13:49 

Azərbaycan Qərbin ermənipərəst dairələri ilə tək döyüşür





A+  A-

Qərb mətbuatı yazır ki, Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb. Azərbaycan da bundan istifadə edərək Qarabağda daha da möhkəmlənir. Türkiyə isə ciddi iqtisadi problemlərlə üzləşib. Ona görə də Qarabağla bağlı məsələlərə elə də müdaxilə etmir.

Bundan istifadə edən Avropa İttifaqı və ABŞ Ermənistan-Azərbaycan münasibətlərinə daha dərindən nüfuz edirlər və Qarabağ probleminin həlli ilə bağlı ciddi fəallıq göstərirlər...

Əlbəttə, Rusiyanın başının qarışması çox yaxşıdır, ancaq Türkiyənin Cənubi Qafqazda xeyli passivləşməsi Azərbaycanın xeyrinə deyil. Düzdür, Türkiyədən ara-sıra Azərbaycanın müdafiəsi ilə bağlı bəyanatlar səslənir, ancaq bu bəyanatlar əvvəlki qədər etkili deyil.

Hazırda Azərbaycan Qərbin ermənipərəst dairələri ilə tək döyüşür. Türkiyə Azərbaycan üzərindən Cənubi Qafqaza daxil olub. Azərbaycanın zəifləməsi Türkiyənin bölgədən sıxışdırlması ilə nəticələnə bilər...

Ola bilər ki, məsələ mən dediyim qədər də kritik deyil. Ancaq Qərb mətbuatı havadan belə şeylər yazmaz. Zatən bu tendensiya onsuz da aydın görünür. Türkiyə, eləcə də bütövlükdə Türk Dünyası Qarabağ məsələsində Azərbaycanın yanında olmalıdır. Türk xalqlarının milli və dövlət maraqları bunu tələb edir...

Elbəyi Həsənli
Sürix


Xəbər 1394 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +