Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


29.03.2024  09:17 

“Nigarın haqqımda dediyi sözlər külək kimi əsib gedib” – VİDEO





A+  A-

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) qalmaqal yaşadığı həmkarı Nigar Camalla bağlı efirdə diqqətçəkən açıqlama verib.

Xəzərnews.az xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.

Belə ki, proqramda Şəbnəmdən yol hərəkəti qaydaları, üstünlük nişanları ilə şou-biznesdən olan xanım həmkarlarını xarakterizə etməsi istənilib.

Aparıcı “Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir?” sualı ilə Şəbnəmə müraciət edib. Müğənni isə “yandan əsən külək” nişanını ulduzu barışmayan Nigar Camal ilə əlaqələndirib:

“Nigar iki dəfə haqqımda söz gəlişi efirdə müxtəlif ifadələr səsləndirib. Onun sözü mənim üçün külək kimi əsib gedib”.

Qeyd edək ki, illər əvvəl Nigar və Şəbnəm arasında qalmaqal yaşanıb. Mübahisəyə səbəb Şəbnəmin “Gucci” brendinə məxsus kəməri tərs taxması olub.

Nigar qarşı tərəfi sosial şəbəkə hesabında ələ salaraq izləyicidən gələn “İlk baxışdan sevgiyə inanırsınızmı?” sualına “İlk baxışdan sevgiyə yox, amma “Gucci”yə görə canım ağrıdı” sözlərini yazıb. İkili arasında növbəti gərginlik bir müddət əvvəl yaşanıb. Belə ki, “Maska” şousunda “Alov” obrazında səhnəyə çıxan məşhurun kimliyini tapmağa çalışan Nigar həmin şəxsin Şəbnəmə bənzədiyini deyib./Bizim.Media



Xəbər 4488 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +