Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


14.06.2020  17:24 

COVID-19-a yoluxan Bəhram Bağırzadənin vəziyyəti kəskin pisləşib





A+  A-

Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə XəzərNews.az-a Mərkəzi Gömrük Hospitalının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

"Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir.

Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihaz ına qoşulmasına qərar verilib. Qeyd edək ki, EKMO- ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Bu gün gecə saat 02:00 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.

EKMO dəstəyi ilə birlikdə intensiv müalicəsi davam edən aktyorun ailəsinə və sevənlərinə səbir diləyir, sənətkarımıza bu çətin mübarizədə şəfa arzu edirik.

Dövlət Gömrük Komitəsinin və TƏBİB-in dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında koronavirus COVID-19 xəstələrinə bütün tibbi xidmətlər tamamilə pulsuz həyata keçirilir.

COVID-19 xəstələrinə bütün xidmətlər təmamilə pulsuz həyata keçirilir", məlumatda bildirilib.

Xəbər 1208 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +