Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


11.01.2018  22:19 

Fazil Məmmədov Firdovsi Umudovu vəzifəyə gətirdi





A+  A-

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb.
Federasiyanın mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, qurumun prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Ələkbərov Sahib Nurəddin oğlu tutduğu vəzifədən azad edilib.

AGF-nin I vitse-prezidenti vəzifəsinin icrası Umudov Firdovsi Qəminalı oğluna həvalə edilib.

Qeyd edək ki, Firdovsi Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçi, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə Dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.

Xəbər 1756 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +