Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


23.08.2022  15:26 

Cəlilabadda 10 kiloqram narkotiklə tutuludlar - Foto





A+  A-

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Akşin Qəniyev və Fədail Qəniyev Cəlilabad rayonu ərazisində saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 3 kiloqrama yaxın heroin, 1 kiloqram 240 qram tiryək, 5 kiloqramdan artıq marixuana və 835 qram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Xəbər 1425 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +