Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu


14.03.2022  10:46 

Yüzlərlə vətəndaşımız Rusiya-Azərbaycan quru sərhədində...





A+  A-

“Rusiya ilə Azərbaycan arasında hava xətti Rusiyaya tətbiq edilən sanksiyalar üzərindən dayanıb. Yüzlərlə vətəndaşımız isə Rusiya-Azərbaycan quru sərhədində - Maxaçqala yaxınlığında düşərgədə gözləməli olur. Kimin pulu var, bir yol tapıb baha qiymətə Minsk, Türkiyə və digər yollarla Azərbaycana gələ biləcək”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Razi Nurullayev çıxış edib.

Millət vəkili bildirib ki, kasıbçılıq, dolanışıq dalınca Rusiyaya gedən, indi isə vətəninə qayıtmaq istəyənlər pis vəziyyətdə qalıb:

“Rusiyada iş yox, daha geri qayıdırlar, vətən də deyir, gözlə düşərgədə. Nə çətinlik var axı burada? Göndər nümayəndəni və gətir vətəndaşlarını. Öz vətəndaşlarımıza ən böyük hörməti qoymalıyıq. Rusiya rəsmiləri görməlidir ki, biz öz vətəndaşımıza nə qədər dəyər veririk.

Mən Azərbaycan vətəndaşlarının düşərgədə qalıb Azərbaycandan gələcək nümayəndəni günlərlə gözləməsinə çox pis yanaşıram. Öz vətəndaşına hörmət qoymamaq nə deməkdir? Onlar niyə orada qurbanlıq qoyun kimi gözləməlidir?”


Xəbər 1763 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +