Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


21.02.2022  19:42 

Prezident İlham Əliyev Rusiyada - Səfər





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gedib.

XəzərNews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Vnukovo-2" Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirildi.

Xəbər 1445 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +