FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


18.02.2022  17:19 

Süd məhsulları istehsalı müəssisəsi bağlandı





A+  A-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakıda süd məhsulları istehsalı müəssisəni bağlayıb.

XəzərNews.az AQTA-ya istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Ramazanov Mehman Mahir oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə xammalların qəbulu və işçilərin istehsala girişi eyni qapıdan həyata keçirilir. Bütün istehsal prosesləri eyni sahədə aparılır. Eyni zamanda müəssisənin hazır məhsul anbarında bir sıra məhsulların üzərində markalanmanın aparılmadığı, digərlərində isə istehsal tarixinin bir gün əvvələ vurulduğu, istifadəsi ilə bağlı etiket məlumatlarında qeydiyyatı aparılmamış və istehsal prosesində resepturada göstərilməyən qida əlavələrindən istifadə olunduğu və istehsal tarixi göstərilməyən yumurtalar aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.



Xəbər 1797 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +