FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


18.06.2021  10:46 

Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir





A+  A-

Ötən gün Kəlbəcərdə göldə çimərkən boğulan Azərbaycan Ordusunun hərbi qulluqçusu kapitan Fərzəliyev İlham Allahverdi oğlunun axtarışları davam edir.
XəzərNews.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü İ. Fərzəliyevin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Xatırladaq ki, faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, İlham Fərzəliyev Vətən müharibəsində iştirak edib və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.



Xəbər 1574 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +