Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


25.02.2021  14:08 

Paşinyan Baş Qərargah rəisini vəzifəsindən azad etdi





A+  A-

Ermənistan Baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.
XəzərNews.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan ordusunun yüksək rütbəli şəxsləri tərəfindən imzalanan ortaq bəyanatın yayımlanmasından dərhal sonra feysbuk hesabında açdığı canlı yayımda bildirib.

Bundan sonra Paşinyan canlı yayımda insanları “inqilabı müdafiə etmək üçün” Respublika Meydanına toplaşmağa çağırıb.

“Vəziyyət çox çətindir. Baş Qərargah rəisinin və onun birinci müavininin vəzifəsindən kənarlaşdırılması barədə qərar verdiyimi bilirsiniz. Bu qərarların səbəbini meydanda açıqlayacağam. İndi ən vacib vəzifə vətəndaş və xalq hakimiyyətini qorumaqdır”,- deyə o qeyd edib.

Paşinyan baş verənlər üçün bütün məsuliyyəti öz üzərinə götürdüyünü, ancaq indiki vəziyyətdə cəmiyyətin yüksək rütbəli hərbçilərə müəyyən sualların olduğunu və bu suallardan qaçmağın mümkünsüz olduğunu bildirib.

Hökumət rəhbəri məhz bu sualları onlara yönləndirdiyinə görə ordunun onu istefaya çağırdığını qeyd edib.



Xəbər 2169 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +