FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


11.01.2021  12:27 

Makronla xanımının pandemiyada israfçılığı müzakirə yaratdı





A+  A-

Fransa Prezidenti Emmanuel Makron və xanımı Brijit barəsində qalmaqala səbəb olacaq bir iddia ortaya atılıb.
XəzərNews.az-ın məlumatına görə, bildirilib ki, ölkə başçısı və birinci xanım koronavirus səbəbindən xalqla görüşməsələr də, Yelisey Sarayı üçün 600 min avro dəyərində çiçək alıblar.

Bu məlumatlar ölkə mətbuatında “utancverici” olaraq xarakterizə edilib. İddialar Fransanın “Politis” jurnalına istinadən yayılıb.

Bu xərclərin Makronun sələfləri Fransua Holland və Nikola Sarkozinin hakimiyyət illəri ilə müqayisədə təxminən beş dəfə çox olduğu deməkdir.

Ölkənin koronavirus pandemiyasının maliyyə nəticələrindən xilas olmaq üçün mübarizə apardığı bir vaxtda Fransa ictimaiyyətinin Prezidentlə xanımının israfçılığına heyrətləndiyi deyilir. Həmçinin, ötən ilin sentyabrında Yelisey Sarayının Qızıl Palatasının təmirinin 916 min 698 avroya başa gəldiyi açıqlanıb.

Bundan əlavə, “Le Canard Enchaine” qəzetinin 2018-ci il tarixli hesabatına görə, Saraya 662 min 673 avro dəyərində yeni bir boşqab dəsti alınıb.



Xəbər 1745 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +