Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


15.10.2019  12:43 

“Elmar Məmmədyarov mənasız bəyanatlar verməklə məşğuldur” - Deputat





A+  A-

“Qarabağ İcması çıxışlarında bir qədər sərt olmalıdır, yeri gələndə söyməyi də bilməlidir. Mənasız bəyanatlar vermək lazım deyil. Onsuz Xarici İşlər naziri Elmar Məmmədyarov mənasız bəyanatlar verməklə məşğuldur”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Aqil Abbas “ Qarabağ Azərbaycandır və nida işarəsi” mövsuzunda keçirilən dinləmədə deyib.

O qeyd edib ki, Qarabağ icmasına fond açmaq lazımdır: “İcma olaraq Azərbaycandan kənara çıxmaq lazımdır. Onsuz da burada oturub ağlayırıq da. İcmanın içində elə kollektiv var ki hərəsi ağıllı cavablar verə biləcək şəxslərdir. Bir də mən xahiş edirəm ki, bu dırnaqarası söhbətini yığışdıraq. Bunun adını seperatçı təşkilat kimi deyin. Ermənilər hər yerdə təşkilatını açırlar. Niyə Qarabağ icmasının nümayəndəliyi Parisdə olmasın? Gərək hamısını dövlət eləsin?! Bir fond açmaq olar ki, ora ianələr verilsin. O zaman bütün qarabağlılar maaşının yarısını fonda verər”.

Xəbər 1574 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +