Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi


08.08.2019  12:54 

Şəki Xan Sarayı barədə qərar verildi - RƏSMİ





A+  A-

Bu həftənin sonu qədər Şəki Xan Sarayına giriş bərpa olunacaq.
XəzərNews.az-ın məlumatına görə, bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

K.Quluzadə qeyd edib ki, saray ətrafındakı ağaclarda budanma, ərazidə bərpa, və təmizlik işləri yekunlaşıb:

“Saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılmalar aparılıb”.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır.
Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib.

Xəbər 1458 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +