Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


18.07.2018  10:46 

Nazirlik 3 günlük təlimə başladı





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Avropa Ətraf Mühit Agentliyi və Slovakiyanın Ətraf Mühit Agentliyi tərəfindən Azərbaycanda ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə 3 günlük təlim sessiyası keçirilir.
XəzərNews.az xəbər verir ki, layihə çərçivəsində keçirilən praktik təlimlər ətraf mühit üzrə seçilmiş göstəricilərin, qiymətləndirmə alətlərinin və hesabatvermənin icra edilməsində milli mütəxəssislərin mövcud potensialının artırılmasına kömək göstərəcək.

Qeyd edək ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən layihə biomüxtəliflik, su, torpaq, tullantılar, hava, kommunikasiya və ekoloji qiymətləndirmələr sahəsində potensialın formalaşdırılmasına xidmət edir. Dörd illik layihə çərçivəsində ətraf mühit üzrə Birgə Ekoloji İnformasiya Sisteminin (SEİS) prinsipləri və təcrübələri altı ölkə arasında həyata keçiriləcək.

Layihə ətraf mühit üzrə Birgə Ekoloji İnformasiya Sistemi II Şərq layihəsi Avropa İttifaqının Avropa Qonşuluq Aləti (ENI) tərəfindən maliyyələşdirilir və ekoloji idarəetməni gücləndirməklə ətraf mühitin mühafizəsinin təşviqinə dəstək məqsədi daşıyır.

Xəbər 1299 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +