Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


28.04.2018  12:32 

Formula 2 üzrə birinci yarışa start verilib





A+  A-

Aprelin 28-də saat 12-də Bakıda Formula 2 üzrə birinci yarışa start verilib.
XəzərNews.az xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır. Birinci yarışda pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən ilk yürüşdə “Carlin” komandasının braziliyalı pilotu Serjiu Sette Kamara bütün rəqiblərini qabaqlayıb. O, 1 dəqiqə 54,136 saniyə göstərici ilə birinci yeri tutub. İkinci ən yaxşı nəticə “Campos Vexatec Racing”in italiyalı pilotu Luka Qyottoya, üçüncü nəticə isə “MP Motorsport”un pilotu Ralf Boşunqa məxsusdur.

Sıralanma turunda isə “Dams” komandasının 22 yaşlı pilotu Aleksander Olbon 1 dəqiqə 54,48 saniyəlik nəticə ilə rəqibləri üçün əlçatmaz olub. “Carlin” komandasının sürücüsü Lando Norris ikinci, “Art Grand Prix”in pilotu Corc Rassel isə üçüncü yeri tutublar.

Aprelin 29-da 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.

Xəbər 1740 dəfə oxunub.



15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +