Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


27.04.2018  15:12 

Abituriyentlər üçün onlayn sınaq imtahanı





A+  A-

Dövlət İmtahan Mərkəzi abituriyentlər üçün onlayn sınaq imtahanı keçirilir.
XəzərNews.az xəbər verir ki, sınaq imtahanı 2015-ci ildə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının əsasında hazırlanıb.

İmtahanda iştirak etmək istəyən abituriyentlər http://otk.az/ portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçdikdən sonra portalda təqdim olunan “Balansını artır” hissəsinə daxil olaraq balanslarını plastik kart və ya milliön terminalları vasitəsilə artıra bilərlər. Bundan sonra müvafiq sınaq imtahanına yazıla bilərlər.
Onlayn sınaq imtahanı abituriyentlərə imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, hazırlıq səviyyələrini yoxlamaq imkanı yaradır.

Qeyd edək ki, yaxın vaxtlarda digər illər üzrə qəbul və sınaq imtahanlarında istifadə olunan test kitabçalarından hazırlanmış sınaq imtahanları portala yerləşdiriləcək.

Xəbər 1477 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +