Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


16.06.2017  12:11 

Ziya Məmmədovun daha bir adamı çıxılmaz durumda - Qulam Ələkbərovun taleyi sual altındadır





A+  A-

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun “vurulmasından” sonra özünün və ailə biznesinin sıradan çıxarılması prosesi sürətləndirildi.
Son illərə qədər Azərbaycanın ən qüdrətli nazirlərindən biri olan Ziya Məmmədov və ailəsinin varidatı yüz milyonlarla ölçülüb. Ancaq son bir neçə ayda Ziya Məmmədov nazir postu dövründə əldə etdiklərindən məhrum edilir.
Bununla belə saytı bilgiləndirən mənbənin sözlərinə görə, hələ nazir postunu itirməzdən əvvəl “qara siyahı”ya daxil edildiyini görən Ziya Məmmədov əmlakının və biznesinin xeyli hissəsini yaxın dostu olan iş adamı Qulam Ələkbərovun adına keçirib. Bu, o Qulam Ələkbərovdur ki, Ziya Məmmədovun nəqliyyat naziri olduğu dönəmdə paytaxt Bakı başda olmaqla ölkənin əsas yol və körpü tikitinsini həyata keçirib.
Saytımızı məlumatlandıran mənbə qeyd edib ki, sabiq nazirin gizlətmək istədiyi əmlakı barədə artıq aidiyyatı qurumlar məlumatlıdır. Böyük ehtimalla yaxın zamanlarda Qulam Ələkbərovun adına keçirilən əmlaklarlar və biznes strukturları ondan alınacaq.
Həmçinin, prosesdən iş adamının özünün də problemsiz çıxmayacağı gözləniləndir.
Bu iki şəxsin dostluğu ölkədə hər kəsə bəllidir. Görünür, doğmalarına, qardaşlarına belə etibar etməyən Ziya Məmmədov yaxın dostuna güvənə bilib. Ancaq bircə vergi təftişi ilə həbsxana qapısının onu gözlədiyini görən, Qulam Ələkbərovunda sədaqəti inandırıcı deyil.
Onu da xatırladaq ki, Ziya Məmmədovun nazir vəzifəsindən azad olunmasından sonra Gununsesi.info onun dostu Qulam Ələkbərovun mövqeyini də işıqlandırıb.
Saytımıza açıqlamasında Qulam Ələkbərov Ziya Məmmədov dostluğunun əbədi olduğunu deyib.
Gözləyək…

(gununsesi.info)

Xəbər 2535 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +