Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


15.06.2017  18:26 

Avtobusu oğurlayıb “metalloma” verdi - 40 manata





A+  A-

Sumqayıtda oğurladığı avtobusu “metallom”a verən şəxs tutulub.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Dəyanət Hümbətov DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək 39-cu məhəllənin ərazisindəki avtoservisin yaxınlığında saxladığı mikroavtobusun oğurlanması barədə məlumat verib.

Dərhal hadisə yerinə gələn Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin mikroavtobusun texniki cəhətdən nasaz vəziyyətdə olduğundan uzun müddətdən bəri təmirə saxlanıldığı, buna görə də onu sürərək aparmağın mümkün olmadığı müəyyən edilib.

Polis əməkdaşları həmin avtomobilin evakuatorla aparılması barədə məlumat əldə ediblər. Aparılan əməliyyat tədbirləri ilə həmin evakuator tapılaraq sürücüsü Polis Bölməsinə çağırılıb. O, mikroavtobusu müraciət edən şəxslə birlikdə şəhər ərazisindəki metal qəbulu məntəqələrindən birinə apardıqlarını bildirib.

Həmin məntəqədə olan polis əməkdaşları avtomobilin 40 manat müqabilində satıldığını aşkar ediblər.

Oğurluğu törədən şəhər sakini Tural Hüseynov 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. T.Hüseynov ifadəsində köhnə mikroavtobusun uzun müddətdən bəri həmin yerdə saxlanıldığından sahibsiz olduğunu düşünərək bu əməli törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1455 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +