Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...


20.03.2024  00:28 

Azərbaycanda bir həftəlik qeyri-iş günü başlayır





A+  A-

Bu gündən Azərbaycanda Novruz bayramı ilə əlaqədar bir həftəlik qeyri-iş günü başlayır.

Xəzərnews.az xəbər verir ki, dünən -martın 19-da Azərbaycan xalqı sonuncu çərşənbə olan Torpaq çərşənbəsini qeyd etdi. Bu gün və sabah isə Azərbaycanda rəsmi Novruz bayramı günüdür.

Bu gün Bahar fəslinin başlaması ilə birgə 7 günlük tətil də başlayır.

Qeyd edək ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il 20, 21, 22, 23 və 24 mart Novruz bayramı müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olacaq.

Beləliklə, Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq.

Qeyd edək ki, Azərbaycanda bayram tətilindən sonra növbəti iş günü martın 27-dir.

Xəbər 1520 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +