Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular


07.02.2024  12:27 

Saat 12:00-a olan seçici fəallığı açıqlandı





A+  A-

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

Xəzərnews.az xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə 2499033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib.

Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 478 840 nəfərdir.

Xəbər 1581 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +