Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


15.10.2022  11:54 

Kür-Bakı su kəmərində qəza tıxac yaratdı - Video





A+  A-

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basması ilə bağlı Bakı-Qazax magistralı və əks istiqamətdə uzun tıxaclar yaranıb.

XəzərNews.az xəbər verir ki, hadisə yerində olan sürücülər “Qafqazinfo”ya bildiriblər ki, onlar artıq 40 dəqiqədən artıqdır ki, tıxacda dayanıblar. Yolda hərəkətin iflic vəziyyətə düşdüyü bildirilir.

Daxili İşlər Nazirliyi də Bakı-Qazax avtomagistralındakı vəziyyətlə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir.

Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur.



Xəbər 1300 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +