Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


10.03.2021  20:28 

Rusiyada tvitterin sürəti zəiflədildi





A+  A-

“Sosial media şirkətləri Rusiya qanunlarına riayət etməlidir”.
XəzərNews.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarət İdarəsinin (“Roskomnadzor”) tvitteri yavaşlatmaq qərarından danışarkən deyib.

“Rusiya hökuməti internet qaynaqlarını blok etmək məqsədi daşımır, ancaq “Roskomnadzor” tvitteri yavaşlatmaqda haqlıdır”, - Peskov əlavə edib.

“Rusiya vətəndaşları dünyanın bütün qaynaqlarına əlçatanlıq imkanına sahib olmalıdır. Bu, əsas məqsədimizdir. Heç bir şeyi bloklamaq arzumuz yoxdur, ancaq bu şirkətləri qanunlarımıza tabe olmağa məcbur etmək üçün tədbirlər görülməsi tamamilə haqlı bir vəziyyətdir”, - Kreml sözçüsü vurğulayıb.

Peskov bildirib ki, “Roskomnadzor”un vəzifəsi xarici saytların hüquqi zəmində hərəkət etmələrini və Rusiya torpaqlarında rus qurumlarının müəyyənləşdirdiyi hüquqi öhdəlikləri yerinə yetirmələrini təmin etməkdir.

Qeyd edək ki, “Roskomnadzor” ölkədə qeyri-qanuni məzmun yasaqlama tələblərini tvitterin görməzdən gəlməsindən sonra sosial şəbəkəni yavaşlatma qərarı aldıqlarını açıqlamışdı. Tvitterin bu gündən yavaşladılacağı bildirilmişdi.

Xəbər 1996 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +