Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


21.01.2021  09:18 

Bayden Trampın müsəlman ölkələri ilə bağlı qadağasını ləğv etdi





A+  A-

ABŞ-ın 46-cı Prezidenti Co Bayden vəzifəsinin icrasına başladığı ilk gün sələfi Donald Trampın əmrlərini ləğv edən bir sıra fərmanlar imzalayıb.
XəzərNews.az xəbər verir ki, Baydenin ilk imzaladığı fərman ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıtması ilə bağlı olub.

Bayden, həmçinin ABŞ-ın əvvəllər geri çəkilməyə qərar verdiyi Paris İqlim Razılaşmasına qayıtmasını da təsdiqləyib. İqlim dəyişikliyinə qarşı mübarizəni özünün prioritetlərindən biri kimi qoyan Bayden qlobal istiləşməni inkar edən Trampın geri çəkildiyi Paris İqlim Sazişində yenidən iştirak etmək üçün sərəncam imzalayıb. O, Donald Trampın vəzifəyə gəldikdən təxminən bir həftə sonra imzaladığı fərmanla müsəlman ölkələrinə qarşı tətbiq edilən səyahət qadağasını da ləğv edib.

Yeni Prezident Meksika ilə sərhəddə divarın inşasını dayandırıb və sərhəddəki fövqəladə vəziyyəti ləğv edib.

O, Ağ Evdəki ilk günündə cəmi 17 fərqli fərman imzalayıb.

Bayden Oval Ofisdəki jurnalistlərə Donald Trampın ona “çox səxavətli” bir məktub buraxdığını, ancaq məktubun məzmununu bölüşməyəcəyini bildirib.



Xəbər 1783 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +