Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


07.01.2020  13:35 

Elza Seyidcahan deputatlığa namizəd oldu





A+  A-

“Mən parlament seçkilərində iştirak etməyə bilmərəm”.
XəzərNews.az xəbər vverir ki, bu sözləri Modern.az-ın əməkdaşının “Parlament seçkilərinə qatılacaqsınızmı?” sualını cavablandırarkən müğənni Elza Seyidcahan deyib. O, açıqlamasını belə davam etdirib:

“Çünki Elza Seyidcahanı xalq sevir, Elza Seyidcahan da xalqı sevir. Kim xalqı sevirsə, o prezidenti sevir”.

Müğənni sənədlərini Dairə Seçki Komissiyasına təqdim edib-etmədiyi barədə sualı isə cavabsız qoyub:

“Tezliklə hər şeyi biləcəksiniz”.

Modern.az-ın əməkdaşı 54 saylı Şabran-Siyəzən seçki dairəsi ilə əlaqə yaradaraq Elza Seyidcahanın namizədliyini irəli sürüb-sürmədiyini aydınlaşdırıb.

Məsələ ilə bağlı Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib ki, hazırda seçki dairəsində 27 nəfərin namizədliyi təsdiq olunub:

“Onlardan 11 nəfəri imza vərəqlərini qaytarıblar,1 nəfər isə qeydiyyata alınıb. Elza Nuru qızı Qasımova (Seyidcahan) da namizədliyini irəli sürüb. Elza xanım da imza vərəqələrini təqdim edib. Bu gün-sabah sənədlərinə baxıb namizədliyini qeydə alacağıq”.

Xəbər 2038 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +