Qırmızı dənizdə ABŞ-nin 60 milyon dollarlıq döyüş təyyarəsi itib
Bank kartlarından 12329 manat kiber üsulla oğurlanıb
Xəbərdarlıq edilmədən işdən çıxarıldılar - Etiraz
Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi


06.11.2020  16:23 

Sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək





A+  A-

Koronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı, bu Sərəncamın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam edir.
İqtisadiyyat Nazirliyindən XəzərNews.az-a daxil oln məlumata görə, bir sıra şəhər və rayonlarda epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar yenidən xüsusi karantin rejimi tətbiq edilib. Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında karantin rejiminin sərtləşdirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətində yenidən məhdudlaşmalara səbəb olub.

Yaranmış vəziyyətdə sahibkarlıq subyektlərinin zərərlərinin azaldılması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, sahibkarlıq subyektləri üzrə iş yerlərinin qorunub saxlanılması məqsədilə qeyd edilən şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin davam etdirilməsi barədə qərar qəbul edilib. Belə ki, bu şəhər və rayonlar üzrə muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə maliyyə dəstəyi 9.300 işçisi olan 1.900-dək, fərdi (mikro) sahibkarlar üzrə maliyyə dəstəyi isə 13.000-dən yuxarı vergi ödəyicisini əhatə edəcək.

Maliyyə dəstəyinin göstərilməsi üçün vergi ödəyicilərinin müraciət etməsinə ehtiyac yoxdur, ödəmələr həmin rayonlarda əvvəllər maliyyə dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. Maliyyə dəstəyi son 4 ayda işçi sayını əhəmiyyətli dərəcədə azaltmamış vergi ödəyicilərinə göstəriləcək. Əmək haqqı üzrə ödəmələrdə vergi ödəyicilərinin sosial sığorta ayırmaları də nəzərə alınacaqdır.

Məlumat üçün bildirək ki, 26 oktyabr 2020-ci il tarixinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 204,6 milyon manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üçün isə 77 milyon manat vəsait vergi ödəyicilərinin bank hesablarına köçürülüb. İki mərhələdə həyata keçirilmiş maliyyə dəstəyi proqramlarından 130 mindən çox vergi ödəyicisi yararlanıb, proqramlar 344 mindən çox vətəndaşı əhatə edib.



Xəbər 2756 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +