Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


16.03.2018  09:46 

AŞPA seçkilərlə bağlı nə qərar verəcək?





A+  A-

“Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Avropa Şurası Parlament Assambleyası tərəfindən yüksək qiymətləndiriləcəyini düşünürük”.
XəzərNews.az xəbər verir ki, bu barədə sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Azərbaycan ilə AŞPA arasında yüksək səviyyəli münasibətlərin olduğunu vurğulayan deputat deyib ki, Avropa Şurası Parlament Assambleyası prezident seçkilərini izləmək üçün Azərbaycana müşahidə missiyası göndərəcək: “Hesab edirik ki, AŞPA-nın müşahidə missiyası seçkilərlə bağlı obyektiv mövqe nümayiş etdirəcək”.

R.Hüseynov AŞPA-nın seçkilərə müşahidəçi göndərməsi prosesini də izah edib: “Seçkilərin keçirildiyi ölkə müşahidə missiyasının göndərilməsi üçün AŞPA-ya müraciət edir. AŞPA rəhbərliyi bu müraciət əsasında təşkilatın daxilində fəaliyyət göstərən siyasi qrup üzvlərindən ibarət komanda formalaşdırır. Müşahidə missiyası seçkiöncəsi vəziyyəti və seçki prosesini izləmək üçün ölkəyə səfər edir. Azərbaycana gələcək müşahidə missiyası da bu prinsiplər əsasında formalaşdırılıb. Müşahidə missiyasının tərkibində təmsil olunan şəxslərin böyük əksəriyyəti peşəkarlardır. Hesab edirik ki, AŞPA-nın müşahidə missiyası Azərbaycandakı seçkilərə obyektiv yanaşma sərgiləyəcək”.

Xəbər 1847 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +