Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


17.05.2023  14:42 

İranın Azərbaycanda etnik və dini ədavəti qızışdırmaq planları...





A+  A-

“İran Azərbaycanda etnik və dini azlıqları, dini, hətta dünyəvi qrupları dəstəkləməklə daha da irəli gedə bilər. Nəhayət, İran Ermənistan, Hindistan və Rusiya ilə birgə Azərbaycana qarşı iqtisadi, hərbi, mədəni və kəşfiyyat sahələrində əməkdaşlığı gücləndirməlidir". (Ehsan Müvəhhədianın "Armenianweekly" yə müsahibəsindən).

Dünən o yaramazın "mən Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan dilinə nifrət edirəm" deməsi təsadüf deyil. Şər yuvalarının öz içimizdə belə tiplər yetişdirməsinin qarşını almaq, boşluq buraxmamaq lazımdır.

Bu, yalnız dövlət qurumlarının məsuliyyəti deyil, cəmiyyətin, fərdlərin, xüsusən ictmai rəyə təsir imkanı olanların daha çox məsuliyyətli olmasına ehtiyac var. Hər hansı artıq ifadə, hər hansı yersiz fikir təhlükəlidir. İndi daha çox dözümlü, daha çox qucaqlayıcı olmalı, ümumi evimizi ayrıb bölüşdürməkdən çəkinməliyik.

Bu, yalnız bu günün də problemi də deyil. İllərdir erməni xüsusi xidmətlərinə bağlı dairələr, şəxslər "Azərbaycan layihəsi"ni ləğv etmək, Azərbaycandakı etnik və dini icmalar arasında ədavəti qızışdırmaq planlarını açıq müzakirə edirlər.

II Qarabağ savaşından sonra bu idbar "estafet" Müvəhəddianın təmsil etdiyi dövlət tərəfindən davam etdirilir. Təbii ki, erməni ocağının imkanları ilə teokaratik bədheybətin imklanları bir deyil. Görünür, Ermənsitan və İran kəşfiyyatlarına işləyən dəstələrin eyni zamanda ifşa xəbərlərini gələcəkdə də izləyəcəyik...

Cəmaləddin Quliyev
Siyasi şərhçi


Xəbər 1219 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +