Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


29.03.2018  19:16 

“Şakro Molodoy”a 9 il 10 ay həbs cəzası verildi





A+  A-

Moskvanın Nikulinsk məhkəməsi kriminal aləmin son illər ən səs-küylü hadisəsinin fiqurantına cəza kəsib.
XəzərNews.az xəbər verir ki, kriminal aləmdə “Şakro Molodoy” kimi tanınan qanuni oğru Zaxariy Kalaşov 9 il 10 ay həbs cəzasına məhkum edilib. O, cəzasını ciddi rejimli həbsxanada çəkəcək. Onun yaxın silahdaşı, ”İtalyan” ləqəbli Andrey Koçuykov isə 8 il 9 ay həbs cəzasına məhkum edilib.

Hər iki müttəhim fırıldaqçılıqda günahlandırılırdı.
Hakim Konstantin Dubkov işin digər 9 fiqurantına 7 il 4 aydan 9 il 4 aya qədər cəza kəsib. Onların arasında Şakronun mühafizəçisi və inanılmış adamı Batır Bekmuradov da var. Heç bir müttəhim günahını etiraf etməyib.

Məhkəmənin hökmü hələ qüvvəyə minməyib və 10 gün ərzində müttəhimlərin şikayət etmək hüququ var. Müdafiə tərəfi bu hüquqdan istifadə ediləcəyini bildirib.

Xəbər 1846 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +