Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


28.03.2018  11:37 

Myanmada yeni prezident seçilib





A+  A-

Parlament səsverməsi nəticəsində 66 yaşlı Vin Mint Myanmanın yeni prezidenti seçilib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, onun namizədliyini səsvermədə iştirak edən 636 deputatın böyük əksəriyyəti (403) dəstəkləyib.

Xatırladaq ki, martın 21-də Myanma prezidenti Thin Çjo 2 illik fəaliyyətindən sonra istefaya getmək istədiyini açıqlayıb. 71 yaşlı eks-prezidentin bu addımı ağır xəstəliyi ilə əlaqdar atdığı iddia edilirdi.

Qeyd edək ki, ölkədə böyük nüfuza sahib olan Nobel mükafatı laureatı, Myanmanın XİN rəhbəri və dövlət məsləhətçisi (baş-nazir postuna bərabərdir) Aun San Su Çji prezident seçilə bilməz. Belə ki, Myanmada yüksək dövlət postuna qohumları arasında digər ölkə vətəndaşları olan şəxslərin seçilməsi qadağandır. Aun San Su Çji isə britaniyalı alimin həyat yoldaşı olub, iki oğlu isə Birləşmiş Krallıq vətəndaşlarıdır, Londonda yaşayırlar.

Xəbər 1315 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +