Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


05.02.2020  10:51 

Ayaz Abdullayevin seçicilərlə görüşü davam edir - Fotolar





A+  A-

95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd Ayaz Abdullayevin seçicilərlə görüşü davam edir.
XəzərNews.az xəbər verir ki, A.Abdullayevin Seçki Qərərgahından verilən məlumata görə, deputatlığa namizəd bu dəfə Tərtər rayonunun Köçərli və Hüsənli kəndlərində seçicilərlə bir araya gəlib.

Görüşdə A.Abdullayev bildirib ki, Tərtər gənclərinin rayonun sosial-ictimai-mədəni həyatında daha fəal iştirakının təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirmək niyyətindədir: “Eyni zamanda rayonda abadlıq işlərinin aparılması, yeni uşaq bağçalarının tikilməsi, yeni parkların salınması, kəndlərarası yolların, məktəblərin təmir-tikintisi ilə bağlı məsələlərin Mərkəzi və Yerli İcra Hakimiyyətləri qarşısında qaldırmaq fəaliyyətimin əsas istiqamətlərindən olacaq”.

Vətəndaşları dinləyən A.Abdullayev səsləndirilən problemlərin müvafiq icra strukturları qarşısında qaldıracağını, qısa zaman ərzində həllinə çalışacağını diqqətə çatdırıb.

A.Abdullayev qeyd edib ki, problemlər vətəndaş fəallığı və dəstəyi, eyni zamanda aparılan islahatlar sayəsində həll oluna bilər: “Cənab Prezidentin bu istiqamətdə mövqeyi bəllidir. Biz də onun siyasətini dəstəkləyir, yerlərdə icrasına nail olmasına çalışacağıq”.

Xatırladaq ki, A.Abdullayev Tərtər rayonu, Mamırlı kənd sakinləri ilə görüşüb. Görüşdə namizəd, seçicilərin problemlərini dinləyib. Müraciət edənlər kənddə olan bir çox problemləri diqqətə çatdırıblar. Görüşdə seçicilər 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştiraka dəvət olunublar.

Deputatlığa namizəd həmçinin rayonda nüfuz sahibi olan, dəyərli pedaqoq Vaqif Aslanovla görüşüb. A.Abdullayev müəlliminin xeyir - duasının və dəyərli məsləhətlərinin bu yolda onun üçün vacib olduğunu bildirib.

A.Abdullayevin ayrı-ayrı kəndlərdə sakinlərlə və Tərtərin nüfuzlu şəxsləri ilə görüşləri davam edir.






Xəbər 2062 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +