Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi
TƏBİB-dən Binədəki partlayışla bağlı... - AÇIQLAMA
Zelenski yanlış geyimdə gəldi - Mayk Vals
Slovakiya Ukraynaya yardımı dayandırdı
Sabah güclü külək əsəcək
İlon Mask ABŞ-ın NATO və BMT-dən çıxmasına razıdır
Ştaynmayer Trampı kəskin tənqid etdi
Nyu-York Trampa qarşı - VİDEO


09.12.2023  10:19 

"Sülh bir-iki həftəyə imzalana bilməyəcək" - Məmmədyarov





A+  A-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı iki gün öncə birgə açıqlama yayıb.

Bakı və İrəvan arasında əldə edilən son müsbət razılaşma – 34 nəfər saxlanılan hərbçinin (32 erməni hərbçi, 2 azərbaycanlı əsgər) azad olunması, eləcə də Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi, Azərbaycanın isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləməsi kimi addımlar müxtəlif aspektlərdən şərh olunur.

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, saxlanılan hərbçilərlə bağlı birbaşa danışıqlar və razılıq mühüm hadisədir:

"Ən ciddi məsələ birbaşa danışıqların olması ilə bağlıdır. Dəfələrlə demişəm ki, ən yaxşı yol məhz budur. Delimitasiya məsələsində olduğu kimi, sülh danışıqları da birbaşa ikitərəfli qaydada müzakirə olunmalıdır. Azərbaycan Prezidentinin Administirasiyası ilə Ermənistan Baş naziri Aparatının birbaşa əlaqə qurub razılığa gəlməsi birbaşa danışıqlara start verilməsi üçün imkanın olduğunu göstərir. Sülh müqaviləsinin daha da tezləşməsi baxımından da bu vacibdir".

E.Məmmədyarov sülhün bir-iki həftəyə imzalana bilməyəcəyini söyləyib:

"Sülh müqaviləsinin mətni nə qədər tez razılaşdırılarsa, saziş də elə tez imzalanacaq. Ancaq mən iki həftə və ya bir ay ərzində sülh sazişinin imazlanacağını, yəni prosesin belə tez baş tutacağını düşünmürəm. Görək, hələ gələn il Ermənistan tərəfinin mövqeyi necə olacaq?".

Xəbər 5064 dəfə oxunub.




02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +