Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib
Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur
Müşahidəçilər yenidən sərhəddə...
Anar Əliyev nazir təyin edildi - Sərəncam
Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR


05.03.2023  15:33 

"Bu əməllər sərhəd nəzarət-buraxılış rejiminin tətbiqinin labüdlüyünü sübut edir“ - XİN





A+  A-

"Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir".

XəzərNews.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın növbəti təxribatları barədə mətbuata məlumatında yer alıb.

"Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir", - XİN-dən bildirilib.

Qeyd edək ki, Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə, 5 mart tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ölən və yaralananlar vardır. Qarşı tərəf Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulub.

Xəbər 1102 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu


BÜTÜN XƏBƏRLƏR +