Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi
TƏBİB-dən Binədəki partlayışla bağlı... - AÇIQLAMA
Zelenski yanlış geyimdə gəldi - Mayk Vals
Slovakiya Ukraynaya yardımı dayandırdı
Sabah güclü külək əsəcək
İlon Mask ABŞ-ın NATO və BMT-dən çıxmasına razıdır
Ştaynmayer Trampı kəskin tənqid etdi
Nyu-York Trampa qarşı - VİDEO


14.12.2021  21:12 

Etiraf: İran rəsmiləri və mediasının apardığı kampaniya mənasız olub...





A+  A-

İran xarici işlər nazirinin sabiq müavini Seyid Abbas Əraqçi iki ölkə arasında iki ay davam etmiş media müharibəsini təhlil edən məqalə ilə çıxış edib.

O bildirir ki, İkinci Qarabağ müharibəsinin gedişi zamanı və sonralar İran tərəfi Azərbaycanı öz ərazilərini azad etmək üçün təkfirçilər cəlb etməkdə suçlayarkən heç bir dəlilə malik olmayıb.

Azərbaycan kifayət qədər hərbi üstünlüyə malik olduğu və Rusiyanın islam terrorçuları ilə bağlı həssaslığını bildiyi üçün belə bir addım atmazdı. Ona görə də İran rəsmilərinin və mediasının apardığı kampaniya mənasız olub, İranın müharibədən sonra yaranmış əlverişli şəraitdə Azərbaycan Respublikası ilə daha yaxın olmaq, bərpa və investisiya layihələrində iştirak etmək şanslarına pis təsir göstərib.

Əraqçi hesab edir ki, yanlış yönləndirmədə Rusiyanın da rolu ola bilərdi. Çünki, onun fikrincə, Rusiya İran və Azərbaycanın daha da yaxınlaşmasında maraqlı deyil.

Məqalə çap olunan günlərdə Tehranda “Qafqazın inkişafının öyrənilməsi: keçmiş, bu gün və gələcək” adlı konfrans keçirilib. Erməni iranşünaslarının, Rusiyada yaşayan, adı bizim auditoriyaya yaxşı bəlli olan İsmayıl Şabanovun da qatıldığı konfransda əsas müzakirə edilən məsələlər sırasında “İkinci Qarabağ müharibəsində təkfirçi qrupların işitrakı”, “Azərbaycanda şiəliyə yaranmış təhlükələr”, Azərbaycan Respublikasının adının, milli kimliyinin mübahisələndirilməsi kimi mövzular da olub.

Əraqçinin bəhs etdiyi bəyanatları səsləndirənlər isə sıravi şəxslər deyildi - dini, siyasi və hərbi elitadakı az qala bütün aparıcı simalar.

Eyni gündə Tehranın Milad qülləsində başqa tədbir də keçirilib.

İran Azərbaycan dostluq qrupunun, bir sıra tanınmış siyasət və iş adamının qatıldığı tədbirdə Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi haqda danışılıb.

İran mediası və siyasətin formalaşmasına təsir edən “qafqazşünas”, “azərbaycanşünas”, “turanşünas” ekspert ictimaiyyəti informasiya müharibəsi havasından çıxmasa da bu tip yazıların, praqmatik rasional yanaşmaların artması ümidvericdir.

Görünür, yaşanmış süni gərginliyin əlaqələrə vurduğu bilinən və bilinməyən zərərlər fərq edilir. Və günahı kiminsə üstünə yükləmək axtarışı gedir. Köhnələr - Həsən Ruhani iqtidarının nümayəndələri İbrahim Rəisi hökumətini səriştəsizlikdə suçlayır, yenilərsə Ruhani iqtidarının buraxdığı səhvlərdən bəhs edirlər.

İnformasiya müharibəsi gedən günlərdə xarici qüvvə kimi daha çox İsrail, Türkiyə, Britaniya, ABŞ və Pakistan tənqid edilirdisə, indi hədəf kimi Rusiyanı göstərənlərin sayı artır...

Cəmaləddin Quliyev

Xəbər 5538 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +