09.02.2017 19:19
"Aleksandr Lapşin beynəlxalq qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasına ekstradisiya olunduqdan dərhal sonra - fevralın 8-də Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə rəsmi məlumatlar təqdim edilib".
XəzərNews.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada təqsirləndirilən şəxs A.Lapşinin hüquqi yardım almaq və müdafiə hüququ tam təmin edilərək müdafiəçi və tərcüməçinin iştirakı ilə ona ittihamlar elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.
A.Lapşin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilib və praktiki sağlam hesab edilməklə hər hansı müalicəyə zərurət yaradan patologiya aşkar olunmayıb. Konsulluq əlaqələrinə dair Vyana Konvensiyasının tələblərinə əsasən, Rusiyanın Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti ilə əlaqədar fevralın 9-da təqsirləndirilən şəxs A.Lapşinin səfirlik əməkdaşları ilə görüşü təmin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.
|
08.02.2025 01:35
08.02.2025 00:28
08.02.2025 00:14
07.02.2025 22:03
07.02.2025 20:25
07.02.2025 20:18
İlham Əliyev Bakıda yaradılan yeni parkın açılışında iştirak etdi
07.02.2025 20:13
07.02.2025 19:40
07.02.2025 19:28
07.02.2025 18:06
07.02.2025 17:55
07.02.2025 17:30
07.02.2025 17:28
07.02.2025 17:20
07.02.2025 16:03
07.02.2025 15:48
07.02.2025 15:41
07.02.2025 15:28
07.02.2025 15:22
07.02.2025 15:11
Adı şagirdlərin zəhərlənməsində hallanırdı... – Yenə yemək verəcək
07.02.2025 14:56
07.02.2025 14:38
ABŞ Rusiyanın biznes aktivlərini axtaran işçi qrupunu ləğv edib
07.02.2025 14:27
07.02.2025 14:19
07.02.2025 14:04
07.02.2025 13:50
Eritreyada girov saxlanılanların yaxınları aksiya keçirdi - FOTO
07.02.2025 13:46
07.02.2025 13:39
07.02.2025 13:31
07.02.2025 12:58
07.02.2025 12:56
07.02.2025 12:51
07.02.2025 12:47
07.02.2025 12:44
07.02.2025 12:43
07.02.2025 12:39