Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi
TƏBİB-dən Binədəki partlayışla bağlı... - AÇIQLAMA
Zelenski yanlış geyimdə gəldi - Mayk Vals
Slovakiya Ukraynaya yardımı dayandırdı
Sabah güclü külək əsəcək
İlon Mask ABŞ-ın NATO və BMT-dən çıxmasına razıdır
Ştaynmayer Trampı kəskin tənqid etdi
Nyu-York Trampa qarşı - VİDEO


17.09.2024  15:53 

Xalası oğlunun 160 minini TikTokda xərclədi - “Varlı görünmək istəyirdim”





A+  A-

Bakıda xalası oğluna məxsus 160 min manat pulu TikTokda xərcləyən 1996-cı il təvəllüdlü F.Məmmədovun məhkəməsi başa çatıb.

Xəzərnews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cəlilabad sakini olan F.Məmmədova hökm oxunub. O, Cinayət Məcəlləsinin 178.3.2 (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, F.Məmmədov Kürdəxanı qəsəbəsində tanınmış iş adamı, həm də xalası oğlu E.Qardaşovun rəhbəri olduğu taxıl məhsullarının istehsalı ilə məşğul olan “Agro EM” MMC şirkətində çalışıb. O, 2023-cü il ərzində iş yerinə məxsus 164 040 manat pulu hissə-hissə ödəmə aparatı vasitəsilə TikTokda istifadə edilən jeton almaq üçün xərcləyib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, TikTokda pul xərcləyən və bloqerlərə hədiyyələr göndərənlərin nüfuzu yüksəlir və onlar çox imkanlı insan kimi tanınırlar. Bu səbəbdən özünü var-dövlətli şəxs kimi göstərmək istəyən F.Məmmədov xalası oğluna məxsus pulları jeton almağa və bloqerlərə xərcləməyə başlayıb. O, “blackshark” profili vasitəsilə bloqerlərə çoxsaylı hədiyyələr, hətta 650 manatlıq hədiyyə göndərib.

İstintaq zamanı onun daha əvvəl də dələduzluq əməli törətməsi və həmin işə görə ayağında elektron qolbaq daşıması məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə isə E.Qardaşov xalası oğlundan şikayətçi olmadığını bildirib. O, təqsirləndirilən şəxsi bağışladığını və ona dəyən zərərin F.Məmmədovun valideynləri tərəfindən ödənildiyini bildirib.

Məhkəmənin qərarı ilə F.Məmmədova 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xəbər 6286 dəfə oxunub.




02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +