Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var
Samir Babayevin baldızı saxlanılıbmı?


08.02.2021  15:11 

Yol polisi velosipedçilərə MÜRACİƏT ETDİ





A+  A-

Təhlükələrin və qəzaların azaldıması məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) velosipedçilərə müraciət edib.
XəzərNews.az-ın məlumatına görə, BŞDYPİ-nin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Modern.az-a bildirib ki, istənilən nəqliyyat idarəçisi bütün yol hərəkəti qaydalarına riayət etməlidir:

“Onlar da digər nəqliyyat vasitələrinin sürücüləri kimi yollardakı nişanların, svetoforların tələblərinə birmənalı şəkildə riayət etməli, sağa və ya sola dönən zaman əl işarəsi ilə dönmə siqnalları verməlidirlər. Velosipedin ümumi istifadədə olan yolda idarə edilməsinə 14 yaşdan icazə verilir. Lakin biz dəfələrlə uşaqların yolda velosipedlə hərəkətinin şahidi oluruq. Bu isə həm təhlükəli, həm də qanunvericiliyin tələbinə ziddir".

Şöbə rəisinin sözlərinə görə, səkilərdə və piyada yollarında velosipedlərin hərəkəti qadağandır:


“Velosiped sürücüləri yolun hərəkət hissəsinin yalnız sağ kənarı ilə və piyadaların hərəkətinə mane olmamaq şərtilə yol çiynində hərəkət edə bilərlər. Qanunvericilikdə velosiped sürücülərinin təhlükəsizlik dəbilqələrindən istifadə etməsi məcburi olmasa da, tövsiyə edirik ki, öz təhlükəsizliklərini qorumaq üçün dəbilqələrdən istifadə etsinlər.

Həmçinin, iki və daha çox zolağı olan yollarda sola dönmək və piyada keçidindən keçmək istəyərkən, sürücü velosipeddən düşməli və velosipedi əli ilə itələyərək yolu digər istiqamətə keçməlidir. Çox təəssüf ki, velosipedçilər bu qaydalara riayət etmirlər.

Şübhəsiz ki, bu qaydaların pozulmasına görə qanunvericilikdə inzibati məsuliyyət tədbirləri də nəzərdə tutulub. Yəni velosiped sürücüsü sadalanan qayda pozuntularını törədərsə, yol polisi tərəfindən saxlanılaraq cərimə oluna bilər. Xatırladım ki, velosipedçilərin hüquq və vəzifələri "Yol Hərəkəti Haqqında Qanun"un 38-ci və 46-cı maddələri ilə tənzimlənir. Bu maddələrin tələbi pozulduqda onlar da sürücü olaraq inzibati məsuliyyətə cəlb edilirlər”.

Xəbər 2794 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +