Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var
Samir Babayevin baldızı saxlanılıbmı?


27.11.2018  09:45 

Bakıda qışa hazırlıqla bağlı qərargah yaradılıb





A+  A-

2018-2019-cu ilin payız-qız mövsümünə hazırlıqla bağlı şəhər icra hakimiyyətində müvafiq sərəncam imzalanıb, tədbirlər planı təsdiq olunub və xüsusi qərargah yaradılıb.
XəzərNews.az xəbər verir ki, bu haqda “Azərbaycan” qəzetinə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov bildirib. Paytaxt rayonlarına Bakı Şəhər İcra Hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb.

Həmçinin "Azəriqaz” İB, "Azərişıq” ASC, "Azərsu” ASC, Bakı Su kanalı İdarəsi, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”, Bakı Nəqliyyat Agentliyi payız-qış mövsümü ilə bağlı tədbirlər planlarını hazırlayaraq qərargaha təqdim ediblər. Adıçəkilən təşkilatların mövsümi tədbirlərlə bağlı görəcəkləri işlər qərargah tərəfindən koordinasiya olunacaq.

Ayaz Hüseynovun sözlərinə görə, hazırda qərargah üzvləri mütəmadi olaraq toplaşır və qarşıya çıxan problemlərin aradan qaldırılması yollarını müzakirə edirlər. Görülən işlərin əsas məqsədi qış aylarında şəhər sakinlərinin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsinə nail olmaqdır.

İH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov deyib ki, idarənin balansında olan qış texnikası və nəqliyyat vasitələri bokslardan bayıra çıxarılaraq start vəziyyətinə gətirilib. “İdarənin anbarında hazırda 2000 ton texniki duz var. Gələcəkdə əlavə olaraq daha 1000 ton duzun alınması nəzərdə tutulub. Oktyabr ayında 300 ton duz alınaraq anbarlara yığılıb. Bundan başqa, qum ehtiyatları da kifayət qədər yaradılıb”.

Xəbər 1349 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +