Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var
Samir Babayevin baldızı saxlanılıbmı?


01.02.2018  14:17 

Deputatdan vəkil sayı ilə bağlı TƏKLİF





A+  A-

“Hazırda Azərbaycanda hər 100 nəfərə 8 vəkil düşür. Bosniya Hersoqovinada isə 34 nəfər düşür. Avropa ölkələrində isə vəkillərin sayı bizdən 40-45 dəfə çoxdur. Kollegiyaya üzvlüklə bağlı 2 minə qədər müraciət olmuşdu, çox təəssüf ki, cəmi 600 nəfər keçid balı topladı”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Qüdrət Həsənquliyev deyib.

Deputat təklif edib ki, vəkilliyə keçid balı 60 baldan 50-yə endirilsə, xeyli sayda yeni üzvlər Vəkillər Kollegiyasına seçilə bilər. “Bizim elə rayonlar var ki, orada 1 hakim var, amma vəkil yoxdur. Vətəndaş hüquqları bizi ciddi şəkildə düşündürməlidir. Biz elə etməliyik ki, hər rayonda heç olmasa 3 hakim, 4-5 vəkil olsun. Hətta bu müraciət edənlərin hamısı belə, Kollegiyaya üzv olunsaydı belə, yenə də biz Avropa ölkələrindən 20 dəfə geri qalacaqdıq. Ona görə də burada radikal qərarlar qəbul etmək lazımdır”.

Q.Həsənquliyev həmkarı Siyavuş Novruzovun amnistiya təklifini dəstəkləyib.

“Həm mərhum prezident Heydər Əliyevin 95 illiyi, həm Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə amnistiyanın verilməsi çox yaxşı olardı.

Həmçinin bu il mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyidir. Mən də o fikirdəyəm ki, geniş amnistiya vermək bizim milli maraqlarımız baxımından çox vacibdir. Xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərlərinə amnistiya tətbiq oluna bilər. Amma bu, o demək deyil ki, həmin şəxslər hamısı azadlığa buraxılmalıdır. Həmin şəxslərin cəzaları yüngülləşdirilə bilər”.

Xəbər 1442 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +