Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


13.02.2017  18:09 

“Ziya Məmmədov çoxdan getməli idi” - Millət vəkili





A+  A-

 

“Zaman-zaman bu nazirlikdə müəyyən qüsurların olmasını dilə gətirirdik. Özbaşınalıqlar və çatışmazlıqlardan danışırdıq”.

XəzərNews.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında millət vəkili Çingiz Qənizadə Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu təcrübə dünyada da var: “Ona görə də sərəncamı müsbət dəyərləndirirəm. Eyni zamanda yeni gənc kadrların işə cəlb edilməsi müsbət haldır. Əvvəlki təcrübələrdə insanların narazılığına, tənqidinə səbəb olan neqativ halların çoxluğu ilə müşayiət olunan məsələlər indi yoxdur. Gənc kadrlar daha islahatçı və yenilikçi olur. Ramin Quluzadənin iki quruma rəhbər təyin olunması bu sahədə olan nöqsanların aradan qaldırılması ilə yanaşı ölkənin büdcəsinə də dividend gətirəcək”.

Millət vəkili deyib ki, birləşdirilmiş nazirliyin müəyyən strukturları işləyəcək:

“Çünki yaranmış yeni nazirliyin adında da nəqliyyat sözü var. Ola bilsin ki, bəzi şöbələr ləğv edilsin. Struktur dəyişikliyi zamanı hardasa 50-100 nəfərin işsizliyinə görə islahatları dəstəkləməsək bu da başa düşülən olmaz. Vaxtilə bu nazirlikdə paralel, lazımsız şöbələr fəaliyyət göstərirdi. Burada işləyənlərin çoxu da qohum-əqrəbadan formalaşırdı. Ona görə də neqativ məqamlara cəmiyyətdə etiraz var idi. Hesab edirəm ki, Ziya Məmmədov çoxdan getməli idi. Bu qəbildən olan başqa qurumların da rəhbərləri var. Amma bu məsələ cənab prezidentin səlahiyyətinə aid olduğuna görə biz onu sərəncamını gözləyirdik”.



Xəbər 3319 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +