10.02.2017 13:25
“Ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də istifadə edirlər, orada istehsal olunan malları öz malları kimi təqdim edirlər. Bu, cinayətdir. Ona görə də bu cinayətlərin qarşısı alınmalıdır”.
XəzərNews.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib.
O bildirib ki, Dağlıq Qarabağda ermənilər tərəfindən müxtəlif cinayətlər törədilib.
“Bu, hələ də davam edir. Orada Ermənistan tərəfindən dəvət edilən şirkətlər iş aparırlar. Azərbaycana məxsus tarixi abidələrdə dəyişiklik edilir”.
Ç.Əsəgərov Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına da münasibət bildirib.
“Bəzən deyirlər ki, onun Azərbaycana gətirilməsi o qədər də əhəmiyyətli deyil. Bu, yanlış yanaşmadır. Bizim həyata keçirdiyimiz iş qanun çərçivəsindədir. Bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək”.
O , həmçinin qeyd edib ki, 2016-cı ilin aprel döyüşləri vaxtı ermənilərin vurduğu ziyanla bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib.
Sektor müdiri deyib ki, Milli Qəhrəman Çingiz Qurbanovun nəşinin alınması üçün böyük addımlar atılıb.
“Prezidentin göstərdiyi səylər danılmazdır. Həmin hadisə ilə bağlı azərbaycanlı hüquqşünaslar tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilib”.
|
19.04.2025 09:32
19.04.2025 09:26
18.04.2025 22:44
18.04.2025 18:46
18.04.2025 18:34
18.04.2025 18:24
18.04.2025 18:19
18.04.2025 18:07
18.04.2025 17:10
18.04.2025 16:40
Klassik İraq-türkman ədəbiyyatı ilə bağlı yazılmış... - İlk kitab
18.04.2025 16:37
18.04.2025 16:34
18.04.2025 16:19
18.04.2025 16:13
18.04.2025 16:09
18.04.2025 15:33
18.04.2025 15:30
18.04.2025 15:27
18.04.2025 14:51
18.04.2025 14:48
18.04.2025 14:17
18.04.2025 14:14
18.04.2025 14:12
18.04.2025 14:02
18.04.2025 13:58
18.04.2025 13:51
18.04.2025 13:17
18.04.2025 13:11
“Eko Ferma Azərbaycan” MMC niyə yalnız bu icra hakimiyyətlərinin tenderlərini udur?
18.04.2025 13:09
18.04.2025 12:44
18.04.2025 12:41
18.04.2025 12:38
18.04.2025 12:31
18.04.2025 12:22
18.04.2025 11:45
18.04.2025 11:41