Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


24.02.2017  12:33 

Təhsildə “YENİLİK“ - Valideynlərə rüşvət sənədi imzalatdırılır





A+  A-

Məktəb direktoru İbrahimov Vladim Məhəmməd oğlu məktəbdə keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırır.
Valideynlər şikayət edir ki, əgər məktəbin bütün irili-xırdalı xərcləri onların boynunda olacaqsa, onda uşağı məktəbə qoymasınlar, elə özləri evdə öyrətsinlər.

Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənməyə çalışdıq.

Məktəb direktoru Vladim İbrahimov deyir ki, haqqında yayılan məlumatların heç biri həqiqətə uyğun deyil: “Həmin fotonu sosial şəbəkədə yayan məktəbin rus sektoru üzrə I sinif şagirdinin valideynidir. Hazırda həmin sinfin valideyn komitəsinin üzvü yanımdadır. Fotonu paylaşan şəxsi gözləyirik ki, bu məsələni müzakirə edək. Valideyn komitəsinin üzvünün dediyinə görə, valideynlər özləri öz təşəbbüsü ilə belə bir şey etmək istəyiblər və aktı həmin valideynə göstərəndə o, əsəbiləşib şəkilini çəkib və sosial şəbəkədə paylaşıb”.

V.İbrahimov deyir ki, bu işdən xəbərdar olsaydı, qətiyyən icazə verməzdi: “Hazırlanan bu aktdan xəbərim yoxdur və elə bir şey olsa, icazə verməzdim. Məgər mən o qədər təcrübəsizəm ki, belə bir iş görüm?! Məktəbdə keçirilən bütün test summativ qiymətləndirmə üçün gərəkli xərcləri məktəb özü qarşılayır. Kim istəyir, gəlib yoxlama aparsın. Məktəbdə 1500 şagird oxuyur, 137 müəllim işləyir. Ümumtəhsil məktəbləri arasında bizim məktəb 46-cı yerdədir. Məktəbimizdə hər il şagirdlərin 69 faizi tələbə adını qazanır. Bu, bizim işimizin nəticəsidir”.

Təhsil Nazirliyindən bildirilib ki, məsələ nazirliyin Daxili Nəzarət Şöbəsinə yönləndirilib və xidməti araşdırma aparılır.

(Lent.Az)

Xəbər 3965 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +