Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”


29.11.2023  14:03 

Hərrac: Start qiyməti 7.500 manat olan Hundai 31.000 manata satılıb





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 28-də keçirilən növbəti hərracda 22 nəqliyyat vasitəsi satılıb.

Xəzərnews.az xəbər verir ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 145 sifariş qəbul edilib.

Hərrac rəqabətli olub. Belə ki, “Hyundai County” markalı avtobusun start qiyməti 7.500 manat olsa da, ən son təklif 31.000 manata yüksəlib. İlkin qiyməti 7.500 manat olan eyni markalı digər avtobus isə 27.500 manata özəlləşdirilib.

28 noyabr hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 234.435 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Xəbər 1421 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +