İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


01.07.2024  12:23 

Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ





A+  A-

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti qaldırılıb. Bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin yaydığı məlumatda bildirilib. Məlumata görə, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Yanacağın bahalaşması logistika, daşınma xərclərinə, həmçinin bəzi ərzaqların qiymətinə necə təsir edəcək?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Mediaenws.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, qiymət artımı az yaxud çox formada bütün sahələrə və məhsullara təsir edəcək.



“Çünki yanacaq o məhsul növlərindəndir ki, qiyməti elastiki və əvəz edilən deyil. Sözügedən qərarın nəticəsində qısa və ortamüddətli dövrlərdə bütün mal və xidmətlərdə müvafiq qiymət artımı müşahidə ediləcək”, – o deyib.

İqtisadçı qeyd edib ki, ilin əvvəlki aylarında ölkədə inflyasiya səviyyəsi nisbətən aşağı idi, amma böyük ehtimalla bahalaşma növbəti aylarda bu səviyyənin artması ilə nəticələnək.

“Artıq sərnişindaşıma xidmətlərində qiymət artımı baş verdi. Müvafiq artımlar digər tənzimlənməyən xidmətlər üzrə də müşahidə ediləcək. Burada həm də domino effekti deyilən bir məqam var. Bazar psixoloji cəhətdən buna hazır olmalıdır. Əgər hökumət bənzər qiymət addımları ilə sərnişindaşımaya bunu sirayət etdirirsə, mərhələli şəkildə özəl sahələrə də bu öz təsirini göstərəcək. Eyni zamanda kənd təsərrüfatının formalaşmasında dizel yanacağının əhəmiyyəti böyük idi. Bu məhsulun qiymətinin 25% artırılması onsuzda son dövrlərdə qeyri-adekvat nəticəsində bahalaşmaqda olan aqrar məhsullarının qiyməti daha da artacaq”.



R.Həsənov hesab edir ki, qiymət artımı nəqliyyat, kənd təsərrüfatı, daha sonra isə bütün iqtisadi sferalarda ən sərt şəkildə özünü göstərəcək.

“Əlbəttə, burada istehlak gücü faktorunun təsiri də var. Nəzərə alsaq ki, Azərbaycan bazarı liberal deyil. Bütün növ mal və xidmətlərdə bu və ya digər şəkildə inhisarçı mövqelər müşahidə olunur. Bu da qiymət artımlarının çox da çətin olmayacağı deməkdir. Düşünmürəm ki, süni qiymət artımları ilə mübarizə effektiv üsul olar. Bu, bazar iqtisadiyyatının pozulmasıdır”, – deyə o fikrini yekunlaşdırıb.

Xəbər 46525 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +