İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


01.03.2024  10:32 

Bu sahəyə yatırım etməyin: Pulunuz batacaq! - XƏBƏRDARLIQ





A+  A-

Ölkədə devalvasiya həyəcanı davam edir. İnsanlar əmanətlərini bankdan geri çəkərək, dollara çevirməyə can atırlar. Bəs belə vəziyyətdə vəsaitlərin hansı formada saxlanılması və hansı sahəyə yatırım etmək doğru seçim sayılır?

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, likvidliyi yüksək olan səhələrə öncəlik vermək daha məqsədəuyğundur:

“Hazırda ölkədə baş verən proseslər hələ ki, dolların məzənnəsi barədə hər hansı bir fikir söyləməyə çətinlik yaradır. Səsləndirilən faktlar onu deməyə əsas verir ki, hazırda ölkədə dollarla verilən bank kreditlərində kəskin artım var. Əhalinin depozitlərində dollarlaşma prosesi gedir. İnsanlar banklarda manatla olan əmanətlərini çıxarıb, dollara yaxud, digər xarici valyutaya çevirirlər. Hesab edirəm ki, bu kimi hallarda əmanətlərin manatda saxlanılması vəsaitlərin dəyər itirməsinə səbəb ola bilər. Bu baxımdan hər kəs öz vəsaitlərini müstəqil şəkildə idarə edə və müəyyən sahələrə yatırım edə bilər. Bura likvidliliyi yüksək olan metallar, əşyalar daxildir”.

İqtisadçı vətəndaşlara əmlak sahəsinə yatırım etməyi tövsiyə etmir:

“Düşünmürəm ki, devalvasiya baş verərsə, əmlak qiymətlərində kəskin artım yaşansın. Bunu 2016-cı ilin təcrübəsində də müşahidə etmişik. Əmlaklar manatla satıldığı üçün kəskin devalvasiya olmasına baxmayaraq, artım yaşanmadı. Bundan əlavə, vəsaitlərin aktiv biznes alətlərində saxlanılması da daha məqsədəuyğundur. Həm xarici valyuta, həm də müəyyən səhmlərə yatırım oluna bilər”.

Xəbər 5313 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +