Azərbaycanlı iş adamı 120 bıçaq zərbəsi ilə öldürüldü - Video
Cənubi Qafqazda etibarlı mövqe tutmuşuq
Polis mayoru vəfat etdi
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş?
Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib
Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular


17.09.2021  13:17 

SOCAR-ın maliyələşdirdiyi türk kanalı Mənsimovu darmadağın etdi - VİDEO





A+  A-

Türkiyədə fəaliyyət göstərən “Haber Global” kanalı “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun erməni əsilli iş adamı Levon Termendyanla işbirliyi haqda yeni süjet yayımlayıb.
XəzərNews.az xəbər verir ki, bir müddət öncə Mübariz Mənsimov açıqlama verərək, L.Termendyanla əlaqəsi olduğunu inkar etmiş, hətta onun erməni olduğunu biləndən sonra şəkil çəkdirən anda kadrdan çıxmağa çalışdığını, daha sonra isə onunla mübahisə etdiyini və erməni iş adamını vurduğunu bildirmişdi.

“Haber Global” isə sözügedən mərasimdən video yayaraq, həqiqətin başqa cür olduğunu iddia edib. Eyni zamanda M.Mənsimovun L.Termendzyanla işbirliyinə getdiyini əks etdirən sənədləri paylaşıb.

Qeyd edək ki, M.Mənsimovla SOCAR prezidenti Rövnəq Abdullayev arasında çox ciddi ixtilaflar var. London arbitraj məhkəməsi də M.Mənsimov həbsdə olarkən SOCAR-ın iddiası üzrə məhkəmə prosesi keçirmiş və “Palmali”nin SOCAR-a külli miqdarda (250 milyon dollar) vəsait ödəməli olduğu haqda qərar çıxarmışdı.

Eyni zamanda, SOCAR-ın Türkiyə təmsilçiliyi də M.Mənsimovun əleyhinə fəaliyyətini davam etdirir və hər iki tərəf əllərinə düşən fürsətdə bir-birinin ictimai nüfuzunu zədələyən faktlardan maksimum istifadə etməyə çalışır.

“Haber Global” SOCAR-ın maliyyəsi ilə Türkiyədə qurulan Azərbaycan kanalıdır.
Kanalın sözügedən süjetini təqdim edirik:



Xəbər 6464 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  10:00 

Polis mayoru vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +