Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib
Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


24.09.2017  16:54 

“Şeyxin qərarı sünni-şiə mübahisəsini alovlandıra bilər”





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin “Axund vəzifəsi tədricən yığışdırılacaq və vahid idarəçilik sisteminə keçiləcək” açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.
XəzərNews.az-ın məlumatına görə, Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik sünni-şiə mübahisəsini alovlandıra bilər:

“Sünnilərdə axund adı işlədildiyi halda, bu, şiələrdə imamdır. Bu səbəbdən axund sözünün yığışdırılıb, onun yerinə ancaq imam sözünün işlədilməsi sünnilərin narazılığına səbəb ola bilər. Bu qərar sünni-şiə problemini daha da alovlandıracaq, ona görə də qərarın mənfi nəticələrini nəzərə almaq lazımdır”.

Məsələ ilə bağlı QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı açıqlamasında kütləvi informasiya vasitələrinə məsələnin mahiyyətini düzgün araşdırmağı tövsiyə edib:

“Çox təəssüf edirik ki, məzhəblərarası yaxınlaşmaya xidmət edən istilah (ifadə) reformasını bizim KİV-lər vətəndaş qarşıdurması kimi səciyyələndirməyə çalışırlar. Məsləhət görərdim ki, məsələnin mahiyyətini düzgün araşdırasınız”.

Xəbər 9454 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +