Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib
Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


27.05.2024  16:01 

Sabah metroların iş rejimində dəyişiklik ediləcək





A+  A-

28 May - Müstəqillik Günü ilə əlaqədar sabah "Bakı Metropoliteni" QSC-də iş rejiminə dəyişikliklər ediləcək.

Xəzərnews.az xəbər verir ki, həmin gün “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkət intervalı saat 07:00-dan 21:00-dək 2 dəqiqə 30 saniyə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində və əksinə, qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

Sərnişin axınının istiqamətlərindən asılı olaraq, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

Bayram günü “Bakmil” stansiyasına da qatarların daxil olub-çıxma vaxtları dəyişdiriləcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə günü cədvəlindən istifadə etmələri xahiş olunur.

Metropoliten istifadəçilərinin təhlükəsizliyi və sərnişin rahatlığı nəzərə alınmaqla, işçi heyəti üçün növbətçilik cədvəli əsasında iş rejimi müəyyənləşdirilib.

Xəbər 5528 dəfə oxunub.




11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +