“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


18.02.2021  16:23 

Ruanda soyqırımında Fransanın əli var - Yeni sənəd





A+  A-

Ruandada Tutsi soyqırımında Fransanın rolu olduğuna dair iddiaları möhkəmləndirən tarixi məxfi bir sənəd yayımlanıb.
XəzərNews.az xəbər verir ki, 1994-cü il tarixli teleqram “Madiapart” araşdırma saytı tərəfindən dərc olunub və həmin dövr Fransa hökumətinin soyqırım cinayətkarlarının qaçmasına icazə verdiyini üzə çıxarıb.

15 İyul 1994-cü ildə Tutsi soyqırımından məsul olan hökumət üzvləri Fransa ordusunun nəzarət etdiyi bir bölgədə olub. Fransanın Ruandadakı səfiri Yannik Cerard o dövrdə vəzifədə olan Prezident Fransua Mitterranın müşavirinin arxivində tapılan bir teleqramda bu şəxslərlə bağlı atılacaq addımlara dair Fransa rəhbərliyindən təlimat vermələrini xahiş edir.

“Beynəlxalq məhkəmə orqanlarının işlərinə qərar verməsini gözləmək üçün onları həbs etmək və ya dərhal ev dustaqlığına qoymaqdan başqa çarəmiz yoxdur”,- deyə səfir teleqramda qeyd edib.

Fransa XİN rəsmiləri isə cavab olaraq “Bütün dolayı kanallardan, xüsusilə Afrikadakı əlaqələrinizdən istifadə edərək özünüzü birbaşa ifşa etmədən səlahiyyətlilərə “Humanitar Təhlükəsiz Zona”nı tərk etmələrini istədiyimizi çatdıra bilərsiniz. Xüsusi olaraq qeyd edin ki, beynəlxalq ictimaiyyət və xüsusən də Birləşmiş Millətlər bu qondarma səlahiyyətlilərlə bağlı nə qərar verəcəyini çox tezliklə müəyyənləşdirəcəkdir”, - deyə bildiriblər.

BMT-yə görə, 1994-cü ilin aprel və iyul arası üç ay ərzində ümumilikdə 800.000 Tutsi etnik azlığına mənsub mülki vətəndaş soyqırıma məruz qalıb.

Soyqırım 6 aprel 1994-cü ildə Ruanda Prezidenti Jüvenal Xabiarimananın təyyarənin partladılması nəticəsində öldürülməsindən sonra Hutu hökuməti tərəfindən həyata keçirilib.

Fransız səlahiyyətlilərinin şübhəlilərin qaçmasına icazə verməsini və bu istiqamətdə biganəliyini ifşa edən sənəd tədqiqatçı Fransua Qğanenin uzun bir məhkəmə prosesindən sonra giriş əldə edə bildiyi açılmamış arxivlərindən götürülüb.

“Fransa səlahiyyətliləri soyqırımı həyata keçirənlərin BMT-nin onlarla bağlı hələ qərar verməməsinə baxmayaraq həbs olunmadan ərazini tərk etməsinə icazə verdi. Tutsi soyqırımının təşkilatçıları olduqlarını yaxşı bilsələr belə, onları beynəlxalq ədalətin sərəncamında saxlamaq əvəzinə, Fransa ordusunun nəzarətindəki bölgəni tərk etmələrinə imkan verdilər”,- deyə tədqiqatçı və “Survie” dərnəyinin üzvü Qğane qeyd edib.



Xəbər 2786 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +