“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib


30.10.2019  10:19 

Messi Ronaldonu keçib Peleyə yaxınlaşdı





A+  A-

“Barselona”nın superulduzu Lionel Messi ötən gecə İspaniya La-Liqasının 11-ci turunda “Valyadolid”ə qarşı keçirdikləri oyunda dubl etməklə yeni rekordlar müəyyənləşdirib.
XəzərNews.az xəbər verir ki, o, 34-cü dəqiqədə cərimə zərbəsindən fərqlənərək karyerasındakı belə qolların sayını 50-yə çatdırıb.

32 yaşlı futbolçu bu qolların 6-nı Argentina millisində, 44-nü isə “Barselona”da vurub.

Messi dublla karyerasındakı qolların sayını da artırıb. Argentinalı ulduz 608 qolla Kriştianu Ronaldonu da qabaqlayıb. Leo bu qollara 695 görüşdə imza atıb. Kriştianunun hesabında isə 606 qol var və o, bu qolları 813 oyunda vurub.

Messinin orta məhsudarlığı 0,87 qol, Ronaldoda isə 0,75 qoldur. Bu göstərici ilə Leo Braziliyanın “Santos” klubunda 643 qola imza atan Peleyə yaxınlaşıb.

Xəbər 1626 dəfə oxunub.



01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +