Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub
Polis yollardakı vəziyyətlə bağlı məlumat yaydı
Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb
Bağırov körpüsündəki keçiddə hərəkət tam dayanıb - Video


09.03.2018  12:34 

Klubların UEFA reytinqi açıqlandı





A+  A-

Avrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.
XəzərNews.az-ın məlumatına görə, Çempionlar Liqasının 4, Avropa Liqasının 8 görüşü cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.Avropanın 442 komandasının yer aldığı siyahıda ən yüksək pillədə qərarlaşan Azərbaycan klubu da mövqeyini dəyişib. Son 5 mövsümün nəticəsində 20,500 xal toplayan “Qarabarğ” 3 pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub.

Pireney yarımadasının üç komandası – “Selta”, “Real Sosyedad” və “Betis” Azərbaycan çempionunu 0,042 xal arxada qoyub. Buna İspaniyanın avrokuboklardakı uğurlu çıxışı səbəb olub. Nəticədə Qurban Qurbanovun yetirmələri 73-cü sıraya enib. Ağdamlılar bu mövqeni eyni xala malik BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) bölüşür.

Digər komandalarımızın mövqeləri dəyişməz qalıb. “Qəbələ” aktivindəki 5,250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşür. Azərbaycanın digər 5 klubu - “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-256-cı yeri bölən komandalar arasındadı.

Qeyd edək ki, siyahıya 153,000 xala malik “Real” başçılıq edir. 2-ci pillənin sahibi isə dəyişib. “Atletiko” “Bavariya” və “Barselona”nı arxada qoyub.

İlk “onluq”

1. “Real” (İspaniya) – 153,000

2. “Atletiko” (İspaniya) – 128,000

3-4. “Barselona” (İspaniya) – 127,000

“Bavariya” (Almaniya) – 127,000

5. “Yuventus” (İtaliya) – 124,000

6-7. PSJ (Fransa) – 109,000

“Sevilya” (İspaniya) – 109,000

8. “Mançester Siti” (İngiltərə) – 100,000

9. “Borussiya” (Dortmund, Almaniya) – 88,000

10. “Porto” (Portuqaliya) – 86,000

“Qarabağ” və qonşuları

66. “Lester” (İngiltərə) – 22,000

67. “Astana” (Qazaxıstan) – 21,750

68-69. “Feyenoord” (Hollandiya) – 21,500
“Rapid” (Vyana, Avstriya) – 21,500

70-72. “Selta” (İspaniya) - 20,542

“Real Sosyedad” (İspaniya) - 20,542

“Betis” (İspaniya) - 20,542

73-75. “Qarabağ” (Azərbaycan) – 20,500

“Yanq Boyz” (İsveçrə) – 20,500

BATE (Belarus) – 20,500

76. “Trabzonspor” (Türkiyə)– 18,000

77. “Dinamo” (Xorvatiya) – 17,500

78-80. “Partizan” (Serbiya) – 17,000

“Everton” (İngiltərə) – 17,000

“Slovan” (Çexiya) – 17,000

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250

244-256. “Neftçi” - 3,825

“Keşlə” - 3,825

“Zirə” - 3,825

“Kəpəz” - 3,825

“Xəzər Lənkəran” - 3,825

Xəbər 1917 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +